Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rayonda ailə üzvü vəfat edən şəxs dəfn mərasiminə qatıla biləcəkmi... - DİN-dən açıqlama

Nazirlər Kabineti ölkədə xüsusi karantin rejiminin tətbiq edilməsi barədə qərarını açıqladı.

Qərara əsasən aprel ayının 20-nə qədər Bakı və Abşerona xüsusi təyinatlı avtomobillərin hərəkəti istisna olmaqla giriş və çıxış məhdudlaşdırıldı. Amma hələ də çoxlu sayda açıq suallar qalmaqdadır. Məsələn, rayonda və ya paytaxtda ən yaxın adamları vəfat edən şəxslrin buraxılmasına icazə veriləcəkmi? Kiminsə anası, atası, qardaşı, bacısı və ya başqa ailə üzvü vəfat edə bilər - bu halda insanlar dəfn mərasiminə qatıla biləcəklərmi?

Bizimyol.info-nun bu sualına cavab olaraq Azərbaycan Respublikası, DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirdi ki, karantin tələbinə əsasən rayon qeydiyyatı olanlar şəhərə buraxılmayacaqlar.

“Bəli, biz bilirik ki, Bakının yarısı rayon qeydiyyatlı işləyənlərdir, amma icazə verilməyəcək. Ancaq strateji obyektlərdə işləyənlərin (xüsusən neft-qaz sahəsində) paytaxta buraxılması mümkün ola bilər.

“Kimin harda işləməsi, işinin vacib olub- olmaması necə müəyyən olunacaq?” sualına cavab olaraq bildirildi ki,

həmin şəxslərin üstlərində mütləq şəxsiyyət vəsiqəsi və işlədiyi yer haqda arayış olmalıdır. Bu insanların sənəndləri, avtovağzallarda polis postlarında yoxlanılacaq.Kimin buraxılmasına yalnız postda qərar veriləcək”- Deyə DİN rəsmisi bildirib.

Karantin rejiminin öz qayda və qanunları var. Qanunlara əməl edilməldir. Bu əhalinin təhlükəsizliyi xatirinə edilir.

Son xəbərlər
Bütün xəbərlər »