Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
ABŞ Dağlıq Qarabağla bağlı qərar verdi
fe-White-House1-1-0-0-0

ABŞ administrasiyası işğal altındakı Qarabağ ərazisində minaların təmizlənməsi üzrə dəstəyini dayandırır.

Bununla bağlı Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov öz facebook səhifəsində paylaşım edib:

Zaur Məmmədov Zaur Məmmədov

“Ötən ildə olduğu kimi, bu il də Tramp administrasiyası qondarma Dağlıq Qarabağ rejiminə hümanitar məqsədlərlə maliyə yardımının ayrılmasını məsləhət görmədi. Tramp və onun yaxın ətrafı gələcək 2 ilin büdcəsinə bu məsələni daxil etməyiblər.

Keçən il olduğu kimi, bu il də Administrasiyanın bu qərarının Konqresdə qəbul edilməməsi istiqamətində erməni diasporası hərəkətə keçiblər. Artıq 75 konqresmen yardımın lehinə səs verəcəklərini bildiriblər. Xatırladım kı, keçən il bu rəqəm 90 idi.

Yeri gəlmişkən, Qarabağda mina təmizlənmələrinə ayrılan vəsait oradakı siyasi elita tərəfindən öz şəxsi maraqları üçün istifafə edilir. Bu illər ərzində erməni tərəfindən bu proses həyata keçirilmir, yalnız Azərbaycan tərəfindən ANAMA vasitəsilə gerçəkləşdirilir və həqiqətən də böyük işlər görülür”

Gülnarə ƏMİRQIZI

Paylaş »
››› Naxçıvanda Türkiyə qırıcılarının Yerevana yaxınlaşması Rusiyada narahatlıq yaradıb
››› Azərbaycanda karantin rejiminin yumşaldılması barədə qərar verildi
››› Bakıda sakinlər etiraz edir - Video
››› Rusiyalı həkim azərbaycanlı həmkarlarının səhvləri haqda: "İnsanın imkanları xaricindədir"
››› TƏBİB koronavirusdan sağalan vətəndaşlara müraciət etdi
Son xəbərlər
Bütün xəbərlər »