Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: Dövlət ilk növbədə heç yerdə işə qeydə alınmayan təbəqəyə kömək etməlidir
14655533833487952742_554x360-0-0-0

Koronavirus pandemiyasının insanların gündəlik yaşam tərzində, eləcə də onların maddi vəziyyətində mənfi təsirini aydın şəkildə biruzə verməkdədir.

Deputat Əli Məsimli koronavirus probleminin dünyaya , eləcədə ölkəmizin iqtisadiyyatına , insanlara vurduğu problemlərdən danışarkən bildirib ki, ailələrin xərclərini yüngülləşdirməkdən ötrü hökumətin hazırladığı tədbirlər paketində işıq və qaz limitinin ya tam, ya da nəzərəçarpan dərəcədə qaldırılması zəruridir.

İqtisadçı Qaşqay İsmayıl Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, dövlətin köməyinə ən çox ehtiyacı olan, amma rəsmi olaraq əksəriyyəti heç yerdə qeydə alınmayan təbəqə barədə daha çox düşnmək lazımdır.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“İqtisadiyyatın dövlətin əlində cəmləşdirilməsinin vurduğu ziyanlar Azərbaycanda xüsusilə qabarıq görsənir. Əgər iqtisadiyyatda özəl sektorun payı böyük olsaydı, nəzərdə tutulan kompensasiyalar və stimullaşdırma proqramları biznesə yönəldilərdi, beləliklə də ixtisarların qarşısı alınardı, biznes dəstəklənərdi, əhalinin alıcılıq qabiliyyəti qorunub saxlanardı, göstərilən yardımlar ədalətli formada bölünərdi Lakin iri özəl biznes çox məhdud olduğundan, əhalinin əksər hissəsi xırda bizneslə və özünüməşğulluqla məşğuldur. Taksi sürücülərinə, günəmuzd işləyən xadimələrə, fəhlələrə, ofisiantlara hansı qaydada kompensasiya və maddi köməklik ediləcək, onları hansı yolla müəyyən edəcəklər? Halbuki dövlətin köməyinə ən çox ehtiyacı olan, amma rəsmi olaraq əksəriyyəti heç yerdə qeydə alınmayan təbəqə bu insanlardan ibarətdir .

Dünya təcrübəsindən məlum olduğu kimi, özəl biznesi dəstəkləmək və stimullaşdırmaq, beləliklə də əhalinin rifahını təmin etmək daha asandır. Qeydiyyatsız işləyən milyonlarla sadə əhaliyə düzgün formada kompensasiya vermək isə mümkün deyil”,- deyə o qeyd edib.

İlhamə Rəsulova

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »