Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya şöhrətli astroloqların koronavirusun bitəcəyi zaman barədə proqnozları

Dünyanın gündəmi yalnış koronavirusla çalxalandığı bir zamanda məşhur astroloqlar da pandemiyanın bitəcəyi zaman barədə proqnozlar verirlər.

Bizimyol.info xəbər verir ki, hindistanlı məşhur astroloq Aşiş Mehta martın 24-dən etibarən dünya üzərindəki bu bəlanın zəifləməyə doğru gedəcəyini bəyan edib.”Məhz bu gün planetlər əlverişli mövqe tutacaq. Martın 30-da yaxşılaşma özünü göstərəcək”,- deyən Mehta bildirib ki, aprelin 13-də koronavirus dərmanlarından birinin adı açıqlanacaq və dünya öz adi qaydasına düşməyə başlayacaq. Mehtranın proqnozu Dünən Çinin Hubey əyalətində karantini azaltması ilə bir qədər gerçəkləşmiş oldu.

BƏƏ-dən olan astroloq Açarya Sandip Bharva isə hesab edir ki, yalnız mayın 11-dən sonra yaxşılaşma başlayacaq.

İndus astroloq Upendra Şastri hələ noyabrın 5-də Yupiter Oxatan bürcünə daxil olarkən Yer üzünü bürüyəcək bir xəstəlik barədə proqnoz vermişdi. İndi Yupiter Oğlaq bürcünə daxil olub və iyunun 30-na qədər orda qalacaq. Yalnız bundan sonra pandemiyanın zəifləməsi mümkün olacaq. Şastrinin proqnozuna görə iyul ayında bu bəlanın dərmanı tapılacaq.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »