Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
DMX Azərbaycanda olan əcnəbilərə müraciət etdi - Video
Elnur Kələntərli

“Azərbaycanda olma müddəti bitən bütün əcnəbilərin müraciətləri 30 aprel tarixinədək qəbul olunmuş hesab edilir. Odur ki bizim qəbul şöbəsinə gəlməyə və elektron qaydada müraciət etməyə ehtiyac yoxdur”.

Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov video-müraciətində bildirib.

İdarə rəisi bildirib ki, əcnəbilər elektron qaydada və ya ödəniş terminalı vasitəsilə dövlət rüsumunu ödəməklə müvafiq icazə qərarlarını əldə etmiş olacaq: “Bunun üçün Dövlət Miqrasiya Xidmətinin saytında tezliklə əcnəbilərə aid kodlar yerləşdiriləcək. Həmin kodları götürdükdən sonra ödəniş edə biləcəksiniz”.

Qeyd olunub ki, bu gündən başlayaraq aprelin 30-dək ölkədə olma müddəti bitən əcnəbilərin müraciətləri Dövlət Miqrasiya Xidməti tərəfindən qəbul edilmiş hesab edilir və onların ölkəmizdə olmaları “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dövlət rüsumunun (30 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 15, yetkinlik yaşına çatmış şəxslər üçün 30 manat, 60 gün üçün yetkinlik yaşına çatmamış şəxslər üçün 30, yetkinlik yaşına çatmış şəxslər üçün 60 manat) məbləğinə uyğun müddətdə qanuni hesab ediləcək.

Xatırladaq ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkəmizdə martın 23-dən xüsusi karantin rejiminin elan edilməsi əsas tutularaq, elektron müraciətlərin daha da asanlaşdırılması, şəxslər arasında təmasın minimuma endirilməsi və olma, yaşama icazələri ilə bağlı təqdim edilən sənədlərin optimallaşdırıması məqsədilə hazırda ölkə ərazisində olan və məlum səbəblərdən ölkəni tərk edə bilməyən əcnəbilərin ölkədə müvəqqəti olma müddətinin uzadılması üçün müraciət edilməsi zərurəti aradan qaldırılır.

Ramid İbrahimov

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Dövlətdən vətəndaşa 2,5 milyard manat
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
Son xəbərlər
Bütün xəbərlər »