Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yol polisi tabut daşıyan avtomobili saxladı

Türkiyənin Bolu şəhərində əhaliyə koronavirusla bağlı qeyri-adi xəbərdarlıq mesajı verən şəxs yol polisi tərəfindən saxlanılıb.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, şəhərdə yaşayan 32 yaşlı Murat Çalık adlı şəxs idarə etdiyi “Hyundai Accent” markalı, 14 AJ 048 nömrə nişanlı avtomobilin üstünə balaca tabut yerləşdirib. O, tabutun üzərində “əgər bu tabutun sənə və ya sevdiyin insana aid olmasını istmirsənsə, evdə qal” sözlərini yazıb.

Gün ərzində maşınla Boluda hərəkət edən şəxs yol polisi tərəfindən saxlanılıb. Polis M.Çalıka avtomobilin üzərinə qadağan olunmuş qurğu yerləşdirmə və elan yapışdırma maddəsi ilə cərimə kəsib. Həmçinin onun barəsində qərar çıxarılması üçün material məhkəməyə göndərilib.

Qeyd edək ki, M.Çalıkın həyata keçirdiyi aksiya əhalidə qorxu və maraqla qarşılanıb. Sürücü isə etdiyi hərəkətin qanuna zidd olmasını bilmədiyini deyib.

Son xəbərlər
Bütün xəbərlər »