Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
FIFA prezidenti: "İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalıyıq"
Canni İnfantino

"Belə çətin dövrdə hamımızın bir ümumi böyük rəqibimiz var. Bu, COVID-19 koronavirusudur".

"Report"un məlumatına görə, bunu FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyətinə müraciətində deyib. O bildirib ki, futbol ictimaiyyəti həmrəylik, birlik nümayiş etdirməlidir: "Biz hamımız birgə, vahid komanda kimi işləməliyik. Bu, qlobal problemdir. Dünyəvi problemlər isə qlobal qərarlar tələb edir. Biz birlikdə işləməliyik. Koronavirusla mübarizə - bizim prioritetimizdir, futbol isə indi ikinci plana keçir. İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalı, sonra isə futbolla bağlı işlərə qayıtmalıyıq".

İnfantino gələcəyi düşündüklərini və futbola vurulan zərbəni qiymətləndirdiklərini, amma hazırda bunun prioritet olmadığını əlavə edib: "Biz bununla sonra məşğul olacaq və yeni ideyalarla, yarış formatları ilə qayıdacağıq. Lakin indi koronavirusla ümumi mübarizə vaxtıdır".

Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula, Çempionlar Liqası və Avropa Liqası isə qeyri-müəyyən müddətə təxirə salınıb. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda bütün çempionatlar dayandırılıb.

Paylaş »
››› “Dedilər ki, 3000-5000 pul veririk, icazə verin yazaq ki, koronavirusdan ölüb”
››› Azərbaycanda son sutka ərzində koronavirusla bağlı vəziyyət açıqlanıb
››› Kanadada ilanların toy mərasimindən pul qazanırlar - Video
››› Eldar Mahmudovu həbsə aparan araşdırma: Sabiq nazirin adı dünya mediasında
››› Avropa ölkəsi bütün turistləri qəbul edir: Azərbaycandan gedənləri karantin gözləyir - Video
Son xəbərlər
Bütün xəbərlər »