Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerika Birləşmiş Ştatları Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkün icması üçün yeni məktəb tikib
Amerika Birləşmiş Ştatları ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı və Hərbi Mühəndislər Korpusu vasitəsilə Abşeronun Masazır qəsəbəsində yeni məktəb tikmişdir. Məktəb Laçın rayonunun Çıraqlı kəndindən olan məcburi köçkünlər üçün inşa edilmişdir. Bu gün saat 10:00-da səfir Sekuta lenti kəsərək 350 şagirdi olan məktəbin rəsmi açılışını etmişdir. Məktəb uşaqları təhsil almaq üçün daha geniş, daha işıqlı və daha yaxşı havalandırılan sinif otaqları, müasir avadanlıq və daha sağlam şəraitlə təmin edir. Mərasimə həmçinin xanım Sekuta, Qaçqın və Məcburi Köçkünlərin işi üzrə dövlət komitəsinin sədr müavini Gəray Fərhadov, Laçın İcra Hakimiyyətinin rəhbəri Aqil Nəzərli, Abşeron İcra Hakimiyyətinin rəhbəri İradə Gülməmmədova və digərləri qatılmışdır.

Bu layihə Amerika Birləşmiş Ştatlarının ABŞ Müdafiə Departamentinin Humanitar Yardım proqramı vasitəsilə həyata keçirdiyi 16-cı məktəb layihəsidir. On yeddinci məktəbin gələn il Bərdənin Güloğlular kəndində tikilməsi planlaşdırılır. Laçın rayon məktəbi və digər məktəb layihələri ABŞ Səfirliyinin Müdafiə Əməkdaşlığı İdarəsi vasitəsilə ABŞ-ın Avropa Komandanlığı və Hərbi Mühəndislər Korpusu ilə birgə həyata keçirilmişdir. 2003-cü ildən etibarən ABŞ Müdafiə Departamenti Azərbaycanda məcburi köçkünlərə yardım məqsədilə məktəb tikintisi və su ilə təminat layihələri də daxil olmaqla 22 humanitar yardım layihəsi üçün $5 milyon ayırmışdır.

[gallery columns="1" size="full" ids="24245,24246">

Son xəbərlər
Bütün xəbərlər »