Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şoyqu koronavirus testindən keçdi - Video

Suriyaya səfərdən qayıdan RF müdafiə naziri Serqey Şoyqu və Rusiya nümayəndə heyətinin digər üzvləri koronavirus testindən keçib. “Zvezda” telekanalının məlumatına görə, analizlərin cavabı neqativ çıxıb.

Bununla bağlı yayımlanan kadrlarda tibb işçiləri tərəfindən nazirin, həmçinin heyət üzvlərinin ağız boşluğunun selikli qişasından yaxma götürüldüyü əks olunub.

Bundan başqa, hamının temperaturu yoxlanılıb.

Qeyd edək ki, Serqey Şoyqu Suriya prezidenti Bəşər Əsədlə danışıqlar aparıb. Tərəflər İdlibdə atəşkəs rejimini və digər rayonlarda vəziyyətin sabitləşməsini müzakirə ediblər.

Son xəbərlər
Bütün xəbərlər »