Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın 23 mart 2020-ci il tarixli Qərarına uyğun olaraq 24 mart 2020-ci il saat 00:00-dan etibarən ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti dayandırılıb.

APA-nın məlumatına görə, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.

Onun sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq: “Belə ki, hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək.

Eyni zamanda bildiririk ki, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişindaşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti sərnişinlərdən xahiş edir ki, zəruri səbəbləri yoxdursa nəqliyyat vasitələrindən maksimum az istifadə etsinlər”.

Son xəbərlər
Bütün xəbərlər »