Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği artıb
sigorta sosial  Pul Manat

Bu ilin mart ayının 1-i vəziyyətinə Azərbaycanda məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 90,8 min nəfər olub.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onların da 37%-ini qadınlar təşkil edib. Hesabat dövründə işsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 338,9 manat (1 fevral tarixi ilə müqayisədə 14,7% artım) təşkil edib.

Qeyd edək ki, 2020-ci il fevral ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 86,2 min nəfər, işsizlikdən sığorta ödənişinin orta məbləği 295,6 manat olub.

Xatırladaq ki, 1 yanvar 2018-ci il tarixdən qüvvəyə minmiş "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və məşğulluq mərkəzlərində işsiz kimi qeydiyyata alınmış sığorta olunanlar işsizlikdən sığorta ödənişini almaq hüququna malikdirlər.

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »