Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sumqayıt məktəbliləri acınacaqlı durumda – VİDEO
Sumqayıtda yerləşən İsmət Qayıbov adına 1 saylı orta məktəbdə acınacaqlı vəziyyət yaranıb.

Oxu.Az xəbər verir ki, aramsız yağan güclü yağışdan sonra məktəbə gedən bütün yolları su basıb. Belə ki, yağış nəticəsində yaranmış gölməçələr yolu keçilməz edib.

Küçədə axar və kanalizasiya sisteminin olmaması bu vəziyyətin yaranmasına səbəb olub. Küçə təxminən 5-5 sm suyun altında qalıb. Hətta avtomobillər suya qərq olub.

Hadisə şahidlərinin bildirdiyinə görə, məktəb yolundakı problem şagirdlərin dərsə davamiyyətinə də təsir edib.

Son xəbərlər
Bütün xəbərlər »