Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusa qarşı müalicə üsulu uğurla sınaqdan keçirilib

Malyariyanın müalicəsində istifadə olunan Hydroxychloroquine və Azithromycin qarışığının koronavirusa qarşı effekti Fransada sınaqlar nəticəsində təsdiqlənib.

Bizimyol.info xəbər verir ki, qarışığın istifadə miqdarı da açıqlanıb. Virusa yoluxmuiş şəxslərə hydroxychloroquine (200 mg gündə 3 dəfə olmaqla 10 gün ərzində) + Azithromycin (İlk gündə 500 mg, sonrakı 5 gündə 250 mg olmaqla gündə 1 dəfə) kombinasiyası tətbiq edilib və virusun orqanizmdə güclənməsi önlənib. Doktor Mehmet Öz "Fox News"-a müsahibəsində faktı təsdiqləyib və bu mövzuda çox ümidli olduğunu bildirib.

Donald Tramp da dərman qarışığını tezliklə təsdiqləyib istifadəyə verməyə çağırıb. ABŞ prezidenti bunu təbabətdə inqilab adlandırıb və böyük nailiyyətə görə Qida və Dərman Administrasiyasına təşəkkür edib. Şərh bölümündə isə dövlət başçısı Qida və Dərman Administrasiyasını tələsməyə çağırıb: "Tezliklə istifadəyə verin. İnsanlar ölür, cəld tərpənin. Tanrı hər kəsi qorusun!"

QEYD: Bu qarışıq insanları virusa YOLUXMADAN QORUMUR, yalnız artıq yoluxmuş xəstələri ağırlaşma hallarından qoruyur, həmçinin kənar təsirləri olduğuna görə özbaşına istifadə olunması təhlükəlidir.

Son xəbərlər
Bütün xəbərlər »