Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Poçtla gələn malları dərhal evə aparmayın

Koronavirus poçtla göndərilən bağlamaların üzərində də ola bilərmi? Dünyanın sərhədlərini bağlayıb ümidlərini əsasən karqo yolu ilə idxal-ixrac olunan məhsullara bağladığı bir zamanda, insanları ən çox düşündürən suallardan biri də budur.

Bizimyol.info Türkiyə mediasına istinadən xəbər verir ki, evdən çıxmayıb, internet üzərindən sifariş verən insanların bu sualını Türkiyənin Səhiyyə Nazirliyinin əməkdaşı, professor Atəş Kara cavablandırıb. Atəş Kara bildirib ki, paketlərdən virusun bulaşması aşağı bir ehtimal da olsa vardır və qaçılmazdır. Çünki virusun səth üzərində dəqiq nə qədər yaşaması barədə informasiya azdır və bu ətraf mühitin təsirindən,nəmlikdən, temperaturdan asılıdır.

O bildirib ki, virus metal üzərində 4, karton üzərində 24, plasmas və paslanmayan metal üzərində 72, havada 3 saat yaşaya bilir. Aldığınız paketləri 2,5 saat açıq havada, qapı ağzında saxlasanız, onların təsirini öldürmüş olarsınız.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »