Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus xəstələrində yeni əlamətlər üzə çıxdı

Koronavirusa yoluxmuş xəstələrdə dad və iybilmə qabiliyyətinin itməsi kimi əlamətlər qeydə alınıb.

Bizimyol.info Sky News-ə istinadən xəbər verir ki, bu əlamətlər əsasən virusa yoluxan gənclərdə özünü göstərir. Maraqlıdır ki, bir çox xəstələr sağalsalar da, iy və dad bilmək qabiliyyətləri bərpa olunmayıb. Britaniyalı doktor Nirmal Kumar qeyd edib ki, bu virusun əsasən burunda özünə yer etdiyini göstərir.

“Qoxu və dadbilmə xüsusiyyətlərini itirən gənclər də özlərini izolyasiya etməlidirlər.Ola bilər ki, virus gənclərdə qızdırma və digər şiddətli əlamətlərlə özünü göstərməsin”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »