Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələri kartla ödəmək imkanı da yaradıldı

Əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına (COVID-19) qarşı

mübarizə məqsədilə Azərbaycan dövlətinin həyata keçirdiyi tədbirlərə ayrı-ayrı

qurumlarla yanaşı, fərdi qaydada vətəndaşlardan da dəstək gəlir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı əsasında yaradılmış

Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlər sırasında fiziki şəxslər də

var. Yardımlar Azərbaycan Beynəlxalq Bankının “Mərkəzi” filialında Fond üçün açılmış

bank hesabına köçürülür.

Fonda yardım etmək istəyən şəxslərin bundan ötrü bank filiallarına gəlmək

ehtiyacını aradan qaldırmaq məqsədilə Azərbaycan Beynəlxalq Bankı “Həmrəy ol, qalib

gələk” devizi altında köçürmələri onlayn qaydada aparmaq imkanı da yaradıb. Belə ki,

vətəndaşlar Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrini bu link üzərindən

istənilən yerli bankın ödəniş kartları vasitəsilə həyata keçirə bilərlər.

Tarixən xalqımıza xas ən gözəl xüsusiyyətlərdən olan xeyriyyəçilik ənənələrinə

sadiq qalaraq ayrı-ayrı vətəndaşlarımızın da bu çağırışa qoşulması, Koronavirusla

Mübarizəyə Dəstək Fonduna yardım göstərməsi cəmiyyətimizdəki milli həmrəyliyin,

dövlət – vətəndaş vəhdətinin daha bir nümunəsidir.

Fonda köçürülən vəsaitlər koronavirusla mübarizə istiqamətində həyata keçirilən

tədbirlərə, o cümlədən xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına, tibb

sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım

göstərilməsinə, tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə, maddi-

texniki bazasının gücləndirilməsinə və s. yönəldiləcək.

Son xəbərlər
Bütün xəbərlər »