Bu ilin yanvar-fevral ayları ərzində neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 539,1 milyon manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 11,3% artıb.
"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu müddətdə neft məhsullarından sürtkü yağlarının istehsalı 2,2 dəfə, yanacaq mazutunun istehsalı 2,1 dəfə, neft bitumunun istehsalı 24,3%, avtomobil benzininin istehsalı 15,1%, dizel yanacağının istehsalı 9,5% artıb, neft koksunun istehsalı 1,2%, ağ neftin istehsalı 3,3%, neftkimya sənayesində istifadə üçün benzinin istehsalı isə 17,9% azalıb.
Azərbaycanda neft məhsullarının dinamikası:
Məhsul növləri
|
2020-ci ilin yanvar-fevraı aylarında istehsal edilib
|
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, %
|
Avtomobil benzini, min ton
|
230,0
|
115,1
|
Neft-kimya sənayesində istifadə üçün benzin, min ton
|
44,1
|
82,1
|
Ağ neft, min ton
|
100,1
|
96,7
|
Dizel yanacağı, min ton
|
371,8
|
109,5
|
Yanacaq mazutu, min ton
|
19,9
|
2,1 d.
|
Sürtkü yağları, min ton
|
5,3
|
2,2 d.
|
Neft bitumu, min ton
|
30,2
|
124,3
|
Neft koksu, min ton
|
39,5
|
98,8
|