Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kanada Olimpiadada iştirakdan imtina etdi

Kanada koronavirus pandemiyası səbəbindən Tokioda yay Olimpiya və Paraolimpiya oyunlarında iştirakından imtina edib.

"Report" xəbər verir ki, bu barədə ölkənin Olimpiya və Paraolimpiya oyunların saytı məlumat yayıb.

Məlumatda deyilir ki, həmin qərar çətinliklə qəbul olunub. “Kanadanın Olimpiya və Paraolimpiya komitələri Beynəlxalq Olimpiya Komitəsini (BOK), Beynəlxalq Paraolimpiya Komitəsini və Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) təcili olaraq oyunları bir il təxirə salmağa çağırır və bununla bağlı ortaya çıxan bütün çətinliklərlə bağlı tam dəstək təklif edir”, - təşkilatlarda əlavə ediblər.

Məlumatda həmçinin qeyd edilir ki, Olimpiadanın təxirə salınması ilə əlaqədar problemlər yaranacaq, lakin idmançıların və beynəlxalq ictimaiyyətin sağlamlığı, təhlükəsizliyindən daha vacib heç nə ola bilməz. Komitə nümayəndələri, dəstək və səbr etdikləri üçün idmançılara, tərəfdaşlara və bütün Kanada idmanına təşəkkürlərini bildiriblər.

Bundan əvvəl, britaniyalı yüngül atlet Katarina Conson-Tompson və yunan Ketrin Stefanidi koronavirus pandemiyasına baxmayaraq, Oyunları Tokioda keçirmək istədiklərinə görə BOK-u tənqid ediblər. Conson-Tompson hesab edir ki, komitənin mövqeyi ölkələrin hakimiyyət orğanların dediklərinə ziddir. İdmançı zalların və stadionların karantin üçün bağlandığına diqqət çəkib, lakin BOK-un Olimpiada vaxtında keçirmək istəməsi ondan mütəmadi məşq tələb edir.

Tokioda oyunlar iyulun 24-dən avqustun 9-dək keçirilməlidir.

Son xəbərlər
Bütün xəbərlər »