Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlu İngiltərə mediasından Avropa İttifaqına çağırış edib

Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunun İngiltərənin “Financial Times” qəzetində “Avropa İttifaqının suriyalı qaçqınlar mövzusunda sükutu insanlıq qarşısında qara ləkədir” başlıqlı məqaləsi dərc olunub.

Bu barədə nazir özü “Twitter” səhifəsində yazıb.

Nazir məqaləsində qeyd edib ki, Avropa İttifaqının (Aİ) insan haqlarına və beynəlxalq qaydalara riayət etmək, yol göstərən olmaq iddiasına rəğmən Yunanıstanın qaçqınlara qarşı qeyri-insani davranışına göz yumması, Aİ-nin əksinə, bu ölkəyə dəstək verməsi davam edəcəyi halda bu iddia çökəcək.

Cavuşoğlu yazıb ki, 2018-ci ildə Suriyada yaradılan, Rusiya və İran tərəfindən dəstəklənən Gərginliyi Azaltma Bölgəsi Suriya rejimi tərəfindən hücumlara məruz qalıb və BMT-nin rəqəmlərinə görə, keçən ilin mayından bəri, 1700 insan öldürülüb.

Hazırda 3,6 milyon suriyalıya Türkiyənin ev sahibliyi etdiyini, 5,5 milyon suriyalıya isə yardım dəstəyi verdiyini bildirən nazir bu dəstəyin ölkəsi üçün 40 milyard ABŞ dolarına başa gəldiyini bildirib: “Sadəcə, keçən il sərhədlərimizi qanunsuz yolla keçmək istəyən 455.000 miqrantların qarşısı alınıb. Bu səbəbdən də keçən aydan Suriya və digər ölkələrdən miqrant qəbul etməyəcəyimizi bəyan etdik.

Avropa İttifaqı çağırışlarımıza məhəl qoymadı və Yunanıstanın yaratdığı utancverici mənzərəyə BMT etiraz etsə də, Aİ dəstək verdi. İnsanlar öldü, yaralandı və Aİ-nin etibarı qlobal olaraq zədələndi”.

Nazir hesab edir ki, Türkiyə ilə Aİ bu problemləri bir araya gələrək həll etmək məcburiyyətindədir: “Türkiyə, Böyük Britaniya və Aİ ilə yaxın, eləcə də ortaq bölgələrimizdə sabitliyi bərqərar etmək üçün birliyə ehtiyac var. Bu birlik üçün isə Türkiyənin Aİ-yə üzvlüyə qəbul edilməsi sürətləndirilməlidir”. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »