Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əfqanıstanda hava hücumu nəticəsində bir ailənin 11 üzvü ölüb

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətinə edilən hava hücumu nəticəsində bir ailənin 11 üzvü ölüb.

Ailənin yalnız bir azyaşlı üzvü - Yar Məhəmməd sağ qalıb.

Bildirilib ki, hava zərbəsi İmam Sahib rayonunun Yakatot bölgəsinə dünən gecə endirilib.

Əfqanıstanın hərbi mənbələrindən hadisəyə münasibət bildirilməsə də, Qunduz polisinin sözçüsü Həcərullah Akbari açıqlamasında deyib ki, əyalətin Daş-e-Arçı, Xan Abad və İmam Sahib rayonları "Taliban"ın hava hücumuna məruz qalıb: "Şiddətli döyüşlər zamanı 24 silahlı “Taliban”çı öldürülüb, terror təşkilatının lideri Qari Hafiz də daxil olmaqla, 19 nəfər yaralanıb. Əfqan təhlükəsizlik qüvvələrindən 2 hərbçi həlak olub, 4-ü yaralanıb”. (Apa.az)

Son xəbərlər
Bütün xəbərlər »