Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Nar”dan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 min AZN ianə, tibb işçiləri və pasiyentlər üçün pulsuz rabitə
Nar logo

“Nar” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çağırışına dəstək olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna yarım milyon manat vəsait ianə edib. Fondun məqsədi koronavirus (“COVID-19”) infeksiyasının geniş yayılmasının qarşısının alınması, ciddi qabaqlayıcı tədbirlərin həyata keçirilməsi, xüsusi rejimli tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə dəstək olmaqdır.

Qlobal pandemiya ilə mübarizəyə qoşulan “Nar”, Azərbaycanda koronavirusun yayılmasının qarşısını almağa çalışan tibb personalını, o cümlədən, xüsusi rejimli xəstəxanalarda nəzarətdə olan şəxsləri pulsuz mobil rabitə ilə təmin edib. TƏBİB ilə bərabər “Nar” ölkə ərazisində epidemiya ilə mübarizə aparan karantin xəstəxanalarına və tibb mərkəzlərinə 50 AZN dəyərində “Nar” ödəmə kartlarının paylanmasını təşkil edib.

Bundan əlavə, “Nar” ölkədə koronavirus əleyhinə aparılan fəaliyyətə dəstək olmaq üçün 1542 qaynar xətt nömrəsinə zəngləri tamamilə ödənişsiz edib. Eyni zamanda, Nar abunəçiləri bütün sorğularla bağlı evdən çıxmadan “Nar+” mobil tətbiqetməsindən və mobil operatorun rəsmi sosial media səhifələrindən dəstək ala, həmçinin gücləndirilmiş rejimdə fəaliyyət göstərən 777 Çağrı Mərkəzinin xidmətlərindən yararlana bilərlər.

“Nar” hər kəsi Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimatlarına əməl etməyə və çağırışlarına dəstək olmağa, koronavirusla mübarizə üçün imkanlarını səfərbər etməyə çağırır.

Paylaş »
››› Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"
››› “Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
››› İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alındı
››› Koronavirusun olmadığı tək yer - Fotolar
››› İtaliyada koronavirusdan ölənlərin statistikası
Son xəbərlər
Bütün xəbərlər »