Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ev şəraitində karantin tətbiq edilə bilər"

Qubad İbadoğlu Azərbaycana da ekspress testlər gətirilməsini təklif etdi

Türkiyədə artıq 15-dəqiqəyə testin cavabları hazır olur. Çində istehsal olunan bu testlər artıq dünəndən Türkiyə də istifadəyə verilib. Mikrobiologiya uzmanı Yasemin Coşkun bildirib ki, nəticə pozitiv çıxarsa, bu xəstənin anında izolyasiya edilməsində mühüm rol oynayır, eyni zamanda neqativ alınarsa, nümunələr molekulyar testlərlə çalışan mərkəzə təkrar göndərilə bilər.

Qubad İbadoğlu Qubad İbadoğlu

Bəs Azərbaycanda vəziyyət necədir? Bizimyol.info-ya açıqlama verən iqtisadçı alim Qubad İbadoğlu qeyd edib ki, ölkəmizdə test nəticələri 6 saat ərzində hazır olur: "Azərbaycanda testlər əsasən karantində olan şübhəli şəxslər üzərində aparılır. Əgər karantində olan şəxslərdə üç gün fərqlə iki dəfə neqativ cavab çıxırsa, karantinin müddəti bitən zaman onlar evə buraxılırlar. Hesab edirəm ki, Azərbaycana da ekspress testlər gətirilməli və daha çox adam bu testdən keçirilməlidir. Eyni zamanda ev şəraitində karantinin tətbiqi imkanları da nəzərdən keçirilməlidir. Çünki hazırkı yanaşma mövcud resurslardan səmərəli istifadə üzərində qurulmur.

Yeri gəlmişkən təklif edirəm ki, başqa ölkələrdə olduğu kimi Azərbaycanda da koronavirusun yayılma coğrafiyasını əks etdirən xəritə hazırlansın və rayonlar üzrə məlumatlar hər gün yeniləşdirilsin. Belə xəritənin mövcudluğu əhalinin risk zonaları haqqında məlumatların artırılmasına xidmət edə bilər”,- deyə o qeyd edib.

İlhamə

Son xəbərlər
Bütün xəbərlər »