Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Xokkey üzrə dünya çempionatı ləğv olundu
ytgrf26626

Mayın 8-də İsveçrədə start götürməli olan xokkey üzrə dünya çempionatı koronavirus pandemiyası ilə əlaqədar ləğv olunub.

"Report"un məlumatına görə, bununla əlaqədar Beynəlxalq Xokkey Federasiyası qərar qəbul edib. Səbəb kimi təşkilatçı ölkədə xəstəliyə yoluxanların sayının sürətlə artması göstərilib. Mundial mayın 24-dək davam etməli idi.

Hazırda dünyada xokkey turnirlərinin çoxu dayandırılıb və ya vaxtından əvvəl dayandırılıb.

COVID-19 2019-cu ilin sonlarında Çinin Uxan şəhərində qeydə alınıb. Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi pandemiya elan edib. Son məlumatlara əsasən, koronavirusla əlaqədar 10 mindən çox insan dünyasını dəyişib.

Paylaş »
››› “500 min maska gəlib, niyə yoxdur?” deyənlərə cavab
››› Beynəlxalq reytinq agentliyindən manatla bağlı proqnoz
››› 57 saylı marşrut avtobusları koronavirusa meydan oxuyur - Foto
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
Son xəbərlər
Bütün xəbərlər »