Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putindən ABŞ-a sərt ittiham: “Nüvə arsenalınımızı ələ keçirmək istəyirlər”
"Ola bilsin ki, ABŞ Rusiya iqtisadiyyatını məhv etmək, ölkə rəhbərliyini dəyişdirmək və nəticədə ölkənin nüvə arsenalını ələ keçirmək istəyir”.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu rejissor Oliver Stouna müsahibəsində Rusiya prezidenti Vladimir Putin bəyan edib.

“Belə bir niyyətin və siyasətin mövcudluğu mümkündür. Əgər doğrudan da belədirsə, Rusiyaya qarşı bu cür yanaşma gələcəyə köklənməyib. Bu fikirdə olanlar azı 25-50 il irəliyə nəzər yetirmirlər. Əks halda Rusiya ilə münasibətləri başqa cür qurar, Rusiyanı özlərinin vassalına çevirməyə can atmazdılar”, deyə V.Putin bildirib.

Qeyd edək ki, rejissor Oliver Stounun lentə aldığı “Putinin müsahibəsi” adlı sənədli film bu günlərdə ABŞ-ın “Showtime” telekanalında nümayiş olunur.

Paylaş »
››› Azərbaycanda növbəti uğursuz milli çaxnaşma cəhdi: "Bizim başqa Vətənimiz yoxdur!"
››› “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbərliyi ağzına su almasın” - İlahiyyatçı
››› Sovet dövründən qalma baha sata biləcəyiniz 12 əşya
››› Təkbaşına bütün İngiltərə ilə döyüşən və dövlət quran adam...
››› “Azərbaycan öz müdafiəsini Ermənistandan daha güclü rəqiblərə qarşı qurur”
››› Sosial şəbəkələrdə videosu yayılan qazi ilə bağlı rəsmi açıqlama - Video
››› “Paşinyan Ərdoğanla görüşüb müxtəlif vədlər verməklə vaxt qazanmaq istəyir”
Son xəbərlər
Bütün xəbərlər »