Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyalı astroloq: Günəş və Ay tutulmaları fəsadsız ötüşmür

Sağlamlıq və xəstəliklər haqqında yazmağı sevmirəm. Maraqsız. Və bu dəfə də sona qədər müqavimət göstərdim, amma məqam gəldi. "Sağlamlıq" kateqoriyasından olan epidemiya mövzusu qlobal xarakter aldı və bu şəxsi "istəyib-istəməmək" məsələsi deyil, məcburam ki, nəhayət koronavirus haqqında fikirlərimi bölüşüm.

Bimiyol.info xəbər verir ki, budu Rusiyanın tanınmış astroloqu Vasilisa Volodina öz sosial şəbəkə hesabında yazıb.

Vasilisa Volodina Vasilisa Volodina

Vəziyyətin gərginləşməsi ilə bağlı çoxlu suallar alıram. Astrologların bunu qabaqcadan görüb-görmədiyi barədə və hətta "buna necə icazə verdiniz!" kimi təəccüblü şərhlər yazırlar. Cavab verirəm:

Bu ilin astroloji perspektivləri çox mürəkkəb olaraq görüldüyünü bildirmişdim. Dəfələrlə yazmışam ki, 2020-ci ildə 6 dəfə Günəş və Ay tutulması olacaq. Bu çox təsirli amildir. Bundan əlavə 2019-cu ilin dekabrında müşahidə olunan Ay tutulması da hazırda baş verənlərə təsir edib.

Günəş və Ay tutulması il ərzində 6 dəfədən artıq olduqda, həmişə fövqəladə hallar və qeyri-adi fəlakətlər yaranır. Bir ildə 4-5 Günəş tutulması normal hal sayılır. Bundan artıq olduqda isə kədərli fəsadların yaranacağı etimalını səsləndirmək məcburiyyətində qalırıq və bu faktlarla sübut edilib. Xatırladım ki, 1917-ci ildə 7  Günəş və Ay tutulması olduğunu astroloqlar xəbər vermişdi. Hər kəs həmi illərdə dünyada baş verənlərdən xəbərdardır.

Rusiya hökumətindəki yanvar dəyişiklikləri, mart ayından başlayan genişmiqyaslı iqtisadi xəbərlər, o cümlədən rublun məzənnəsindəki dalğalanmalar - bütün bunlar mənim proqnozumdadır, hər şey gerçəkləşdi.

Proqnozda koronavirus yoxdur. Niyə? Çünki tutulma həmişə sürprizlərlə gəlir.

Son xəbərlər
Bütün xəbərlər »