Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Putinin “aşpaz”ı Barak Obamanı məhkəməyə verir
Putin000-00-0

Rusiyalı biznesmen, hər kəsin “Putinin aşpazı” olaraq tanıdığı Yevgeni Priqojin ABŞ-ın keçmiş prezidenti Barak Obama və onun administrasiyasında vəzifə almış bir sıra şəxsləri məhkəməyə verib.

Rusiya kəşfiyyatının qaranlıq şəxslərindən hesab olunan bu adam Ağ Evin keçmiş rəhbərliyini onun “Konkord” şirkətini əsassız təqib etməkdə suçlayır.

Bununla bağlı müvafiq iddia ərizəsiini Yevgeni Priqojin ABŞ-ın baş prokurori Uilyam Barra göndərib.

Qeyd olunur ki, “Konkord” şirkəti ABŞ-ın hüquq-mühafizə orqanları tərəfindən ölkədəki siyasi proseslərə və prezident seçkilərinə qeyri-qanuni müdaxilədə günahlandırılır.

Yevgeni Priqojin Barak Obama və onun ətrafının ona qarşı əlbir olduğunu və bütün sübutları saxtalaşdırdığını iddia edir.

Maraqlıdır ki, bu yaxınlarda ABŞ-ın Ədliyyə Nazirliyi rusiyalı biznesmenin iki şirkətinə, habelə onun sosial şəbəkələrdə maniulyasiya syasətini həyata keçirməkdə şübhəli bilinən “İnternet araşdırmaları agentliyi” adlı firmasına qarşı ittihamı geri qaytarıb.

“Konkord”un vəkilləri ittham tərəfindən bütün konfidensial sənədlərin onlara təqdim olunmasını tələb ediblər. “The New York Times” qəzetinin yazıdğına görə, bu sənədlər sonradan Priqojin tərəfindən informasiya müharibəsində istifadə etmək üçün əla vasitə rolunu oynayardı.

Prokurorluğun məlumatında “Konkord” şirkətinə qarşı “bundan sonra həyata keçiriləcək hər hansı bir hüquqi prosedurun nə ədalətin, nə də milli təhlükəsizliyin maraqlarına cavab vermədiyi” qeyd olunur. (Musavat.com)

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
››› ABŞ-da tibb işçiləri virusa görə diz çöküb Allaha yalvarır - Video
Son xəbərlər
Bütün xəbərlər »