Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
XİN iranlı jurnalistin adını arzuolunmaz şəxslər siyahısından çıxarıb
xarici işlər nazirliyi

İran İslam Respublikasının vətəndaşı, jurnalist Mirqasım Momeni Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məktubunda Mirqasım Momeni Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi, eləcə də ölkəmizin qanunlarına hörmət etdiyini bəyan edir və işğal edilmiş ərazilərə sözügedən səfəri ilə heç bir halda ölkəmizin ərazi bütövlüyü və suverenliyini şübhə altına almaq niyyətində olmadığını bildirir.

Həmçinin müraciətində o, səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu qeyd edib. İran İslam Respublikasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

Paylaş »
››› Koronavirusu və SARS-ı tapan çinli alim Avropanın yol verdiyi ən böyük səhvdən danışdı
››› Karantinə görə işə çıxa bilməyənlərə dövlət tərəfindən pul ödəniləcək - Rəsmi
››› Mübariz Mənsimovdan Əliyev və Ərdoğana müraciət: “Atama və anama yalan demişik”
››› Azərbaycanda vətəndaşlara küçəyə çıxmaq qadağan olundu
››› “BP-Azərbaycan” şirkətinin vitse-prezidenti koronavirusdan ayağı ilə "qorunur" – Video
Son xəbərlər
Bütün xəbərlər »