Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Koronavirus: Əsas əlamətləri və qorunma yolları

Bu il yanvarın 30-da Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Beynəlxalq Sağlamlıq Qaydaları Fövqəladə Komitəsi (CDC) koronavirus xəstəliyini "beynəlxalq narahatlığa səbəb olan ictimai səhiyyə təcili vəziyyəti" elan etdi. Martın 11-də isə COVID-19 ÜST tərəfindən pandemiya elan olundu.

Koronavirus xəstəliyinin - COVİD- 19-un törədicisi nədir? Koronavirus əsasən heyvanlarda xəstəlik törədən və nadirən insanlara yoluxa bilən infeksiya qrupuna aiddir. Öncə heyvandan insana sonra isə insandan-insana keçməklə xəstəlik törətmə qabiliyyəti əldə edərək cəmiyyətdə öncə MERS-CoV, SARS-CoV infeksiyaları kimi narahatlıq doğurmuşdu. Hazırda dünyaya yayılan və pandemiya hesab edilən, COVİD - 19 xəstəliyinə səbəb olan virus isə SARS-CoV-2 adlanır. SARS-CoV-2 virusu bir betakoronavirusdur və MERS-CoV ilə SARSCoV viruslarına bənzəyir.

COVİD - 19 PANDEMİYADIR! Pandemiya bir infeksiyanın bütün dünyaya yayılması zamanı işlədilən termindir.

Nazxanım Qasımova Nazxanım Qasımova- İnfeksion Xəstəliklər və Klinik Mikrobiologiya Uzmanı

COVİD-19-un əlamətləri nələrdir?

Qızdırma, öskürək və nəfəs darlığı əsas əlamətləridir.

Risk qrupuna kimlər daxildir?

İmmuniteti aşağı olanlar, yanaşı ağır digər xəstəlikləri olanlar, immunsupresor müalicə altında olan şəxslər, yaşı 70-dən yuxarı olanlar, COVİD-19 yayılan bölgələrdə səyahətdə olanlar və ya COVİD-19 xəstəsi ilə kontaktda olmuş şəxslər və s.

Xəstəlikdən necə qorunmalı?

1.Tez-tez əl, ağız-burun çevrəsiNİ antibakterial sabunla yuyun. Ələlxüsus bayırdan evə gəldikdə bunu edin. Avtomobildə, işdə, əl çantalarında əl dezinfektantları, nəm antibakterial salfetlərin olması vacibdir.

2. Duzlu su və ya dəniz duzlu steril burun spreyləri ilə burun mənfəəzini təmizləyin.

3. Xəstə insanlarla kontaktdan çəkinin.

4. Xəstəlik yayıldığı bölgələrə səyahət etməyin.

5. Ev şəraitində olun, sosial aktivliyi azaldın, toplu şəkildə keşirilən tədbirlərdən uzaq durun.

6. Əlləriniz təmiz deyilsə, göz ağız və burun nahiyyəsinə toxunmayın.

7. Ən yaxınlarınız, ailə üzvlərindən başqa evinizə yad insanları buraxmayın.

8. Şübhəli simptomlar varsa, 7 gün evdə qalın. Bundan başqa, birgə yaşayan ailə üzvləri 14 gün müddətində kontaktdan sonra evdə olmalıdır. Əgər evdə yaşı 70-dən yuxarı olan şəxs, hamilə və ya risk qrupuna daxil olan digər insanlar varsa, onların xəstə ( şübhəli ) şəxsdən 14 gün müddətində başqa yerdə qalması məsləhətdir. Və ya ailə ilə birgə qalmaq məcburiyyəti varsa, o zaman bir-birindən maksimum az kontaktda olmağa çalışmaq lazımdır.

Əgər COVİD- 19 simptomları varsa və ağır keçirilirsə, mütləq müvafiq qurumlara müraciət edilməlidir.(e-tibb.az )

Son xəbərlər
Bütün xəbərlər »