Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyəli general koronavirusdan ölübmüş - Foto

Martın 16-da vəfat edən Türkiyənin keçmiş Quru Qoşunları komandanı Aytaç Yalmanın ölüm səbəbinin koronavirus olduğu məlum olub.

Bu barədə 79 yaşlı generalın müalicə aldığı Sultan Əbdülhəmid Xan Təhsil və Araşdırma Xəstəxanası açıqlama yayıb.

Aytaç Yalman Aytaç Yalman

Açıqlamada Aytaç Yalmanın 11 mart tarixində tənəffüs çatışmazlığından əziyyət çəkməyə başladığı bildirilib. Generala xəstaxanaya yerləşdirilməli olduğu bildirilsə də o, tövsiyələrə əməl etməyib.

13 martda isə vəziyyətinin ağırlaşması səbəbiylə xəstəxanaya yerləşdirilən Aytaç Yalmana pnevmoniya diaqnozu qoyulub. O, martın 16-sı xəstəxanada dünyasını dəyişib.

Aparılan testlər nəticəsində generalın həyat yoldaşının da COVİD-19 xəstəliyinə yoluxduğu məlum olub.

Aytaç Yalmanla əlaqədə olan bütün insanlar tibbi müşahidə altına alınıb. (Qafqazinfo.az)

Son xəbərlər
Bütün xəbərlər »