Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur dietoloq Ender Sarac karantinə alındı - 3 gündür cavab gözləyir

Məşhur dietoloq həkim Ender Sarac koronavirus simptomlarından şübhələnərək özü həkimə müraciət edib və testdən keçmək üçün karantinə daxil olub.

Bizimyol.info bu barədə D kanala istinadən xəbər verir. Məşhur həkimin xanımı kanalda yayımlanan proqrama bağlanaraq bildirib ki, Endər bəy bazar ertəsi özü könüllü olaraq xəstəxanaya gedib və hələ də verdiyi testyin nəticəsini gözləməkdədir, özünü yaxşı hiss edir, tez – tez ailəsi ilə telefonla danışır.

Ender Sarac Ender Sarac

“Bu vəziyyətdə bizi üzən şey xəstəxananın xəstə haqqında məlumatı gizli tutmalı olduğu halda, yaymasıdır. Panikaya səbəb olmamaq üçün adətən virusa yoluxanların hansı şəhərlərdən olması barədə belə məlumat verilməzkən, Endər Saracın adından yalan yanlış məlumatlar yayılması hüquqa ziddir”.

Proqramın aparcıları isə başqa bir məqama diqqət çəkiblər.

“Endər Sarac kimi məşhur bir insan testin nəticəsinin çıxmasını 3 gün gözləyirsə, demək testlərin nəticəəri o qədər də sürətlə çıxmır. Halbuki 3 saat ərzində bilinməsi lazım idi. Əgər uzun növbələr varsa, ölkə özünü bu işə daha yaxşı hazırlamalıdır, çünki, gecikmək fəlakət ola bilər”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »