Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Brilliant Dadaşova Rafael Dadaşovun yasına gələnləri qovub

Xalq artisti Brilliant Dadaşova Rəfael Dadaşovun yas mərasiminə gələnləri məclisdən qovub.

Bizimyol.info xəbər verir ki, bu barədə blogger Elçin öz instagram səhifəsində yazıb.

Xalq artisti Brilliant Dadaşova

Dünən Xalq artisti Rafael Dadaşovun yasından hamı qovuldu. Rayondan uzaq yol gələn insanların çay-halvası qabağında qaldı. Ahıl yaşda insanlar, aparıcılar olan bir yerdə Brilliant xanım "yas qutardı, artıq durun hamınız gedin" dedi. Camaat da ayağa qalxdı və hamı Rafael Dadaşovun evini tərk etdi. Allah rəhmət eləsin dəyərli sənətkar, ruhun şad olsun. Amma biz çayxanaya, qəlyanxanaya gəlməmişdik bizə durun çıxın deyilsin".

Ola bilər ki, Brilliant xanım bu addımı ökədəki təhlükəsizlik tədbirləri ilə əlaqədar olaraq atmalı olub. Onun özüylə əlaqə saxlamaq cəhdimiz boşa çıxdı.

Xatırladaq ki, koronavirus pandemiyası ilə bağlı önləyici tədbir olaraq kütləvi tədbirlər, o cümlədən toy və yas mərasimlərinin kütləvi keçirilməsi qadağan edilib. Xəstəlik ünsiyyət yolu ilə yayıldığına görə belə tədbirlər virusun sürətlə yayılmasına səbəb olur. Ümumdünya Səhiyyə Təşkilatı və yerli qurumlar insanlara ünsiyyəti məhdudlaşdırmağı tövsiyə etsələr də, Azərbaycanda hələ də çoxları təhlükəni qulaqardına vuraraq gizli-aşkar toy və yas mərasimləri təşkil etməyə çalışırlar.

Son xəbərlər
Bütün xəbərlər »