Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
“Apple” yeni cihazlarını açıqlayıb
Apple şirkəti

"Apple" şirkəti "iPad" və "MacBook Air" seriyalarına aid yeni cihazlarını açıqlayıb.

Yeni "iPad Pro" cihazı A12Z Bionic çipi, 8 nüvəli qrafikalı prosessor, 12 və 10 MP-lik iki kamera, LİDAR skanerilə təchiz olunub.

Yeni "iPad"ın daha bir xüsusiyyəti olan “Magic Keyboard” klaviaturası sayəsində cihazı noutbuk kimi bükmək olar. Birdəfəlik yüklənən enerji 10 saatlıq çalışması üçün kifayətdir.

ABŞ-da gələn həftə, klaviaturası isə may ayında bazara çıxarılacaq "iPad Pro" 11 düyümlük opsionda 799 ABŞ dollarına, 12,5 düyümlük versiyada isə 949 ABŞ dollarına satılacaq.

13 düyümlük "MacBook Air" isə 4 nüvəli "İntel Core i7" prosessoru, 2 Tb-lik SSD toplayıcı, “Magic Keyboard” klaviaturası ilə təchiz olunub və 999 ABŞ dollarına satışa çıxarılacaq. (Report.az)

Paylaş »
››› Həkim: "Koronavirusa yoluxub heç bir əlaməti olmayan xəstələr də var"
››› “Azərişıq” ödənişlə bağlı yayılan məlumatlara cavab verdi
››› İtaliyada virusa yoluxanların və ölənlərin sayında azalma qeydə alındı
››› Koronavirusun olmadığı tək yer - Fotolar
››› İtaliyada koronavirusdan ölənlərin statistikası
Son xəbərlər
Bütün xəbərlər »