Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qadın futbolçu virusa görə futbolu atıb həkimliyə qayıtdı - Foto

İspaniyanın qadınlardan ibarət “Betis” futbol klubunun oyunçusu Ana Romero həkimliyə qayıtmaq qərarına gəlib. O, koronavirusun tüğyan etdiyi günlərdə futbol haqda düşünə bilmədiyini deyib.

Bizimyol.info xəbər verir ki, Ana Romeronun tibb təhsili var. Karyerasının ilk illərində hər iki işlə paralel məşğul olmağa çalışırmış. Amma son illər diqqətini tamamilə futbola yönəldibmiş. Koronavirusun bütün İspaniyanı bürüməyə başladığını görən Romero xəstəxanaya tələsib. O, doğma Sevilyada xəstələrə kömək etməyə çalışacaq.

Ana Romero Ana Romero

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatına görə, İspaniyada koronavirusa yoluxanların sayı 13 min 910 nəfərə çatıb. Təkcə bu gün 2084 şəxsdə virus aşkarlanıb. İndiyə qədər İspaniyada virusdan 623 nəfər ölüb.

Son xəbərlər
Bütün xəbərlər »