Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR-dan Mübariz Mənsimov açıqlaması

Son günlərdə Türkiyədə Palmali şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun saxlanılması ilə bağlı sosial şəbəkələrdə yayılan müxtəlif fərziyyələrdə Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) adı hallandırılıb.

Bizimyol.info-nun xəbərinə görə, SOCAR-dan bildirilib ki, Mübariz Mənsimovun Türkiyə Cümhuriyyətində hüquq-mühafizə orqanları tərəfindən saxlanılmasının SOCAR qrupuna qarşı London və Dubayda keçiriləcək arbitraj prosesləri ilə heç bir əlaqəsi yoxdur.

Mübariz Mənsimov Mübariz Mənsimov

“Mübariz Mənsimovun Türkiyədə saxlanılması, əksinə, onun London və Dubaydakı arbitraj proseslərində iştirakını əngəlləyərək, onun maliyyə öhdəliklərinin yerinə yetirilməsini gecikdirə bilər. 2018-ci ildən bəri SOCAR tərəfindən Palmali qrupuna qarşı başladığı arbitraj prosedurlarının uzanması SOCAR-ın maliyyə balansına, əmlak hüquqlarına və qeyri-əmlak maraqlarına mənfi təsir göstərə bilər və buna görə SOCAR-ın kommersiya marağında ola bilməz.

SOCAR Türkiyə Cümhuriyyətinin ədliyyə sisteminin effektivliyinə inanır və məhkəmə proseslərinə müdaxilə ehtimallarını birmənalı şəkildə təkzib edir.

Qeyd edək ki, SOCAR və Palmali şirkətləri arasında daha əvvəl kommersiya münasibətləri mövcud olub. Bununla belə tərəflər heç vaxt birgə müəssisə qurmamışlar. Palmali şirkətinin öz öhdəliklərini yerinə yetirməməsi nəticəsində SOCAR qrupuna daxil olan şirkətlər 2018-ci ildən bəri Palmali qrupuna daxil olan şikətlərə və Mübariz Mənsimova qarşı arbitraj prosedurlarına başlayıb. Ümumilikdə 3 arbitraj prosesinin keçirilməsi Londan və Dubay şəhərlərində nəzərdə tutulur. İki ilə yaxın davam edən arbitraj prosedurları indiyə qədər məhz Palmali tərəfindən müxtəlif əsaslarla təxirə salınıb”,-deyə SOCAR-dan bildirilib.

Ramid İbrahimov

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Azərbaycanda gənc qızı intihara sövq edən 17 yaşlı oğlan həbs olunub
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »