Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Həkimlər COV-19-un növləri barədə - İtaliyada mutasiyaya uğramış ölümcül alt tip yayılıb

Dünyada yayılmış koronavirusun iki alttipi mövcuddur. Onlardan biri aqressiv simtoplara malik olub, əsasən ölümlə nəticələnir, digər növ isə tədricən zəiflədir və öz sahibinin bədəninə uyğunlaşır. Bu əsasən virusun bir orqanizmdən digərinə rahatlıqla keçə bilməsi üçündür. Bizimyol.info xəbər verir ki, Rusiyanın Epidemiologiya İnstitututunun direktor müavini Vadim Pokrovski Gazeta.ru-ya açıqlamasında belə deyib.

Onun dediyinə görə, COVİD-19 mutasiyaya uğradığına görə indi dünyada iki növ koronavirus dolaşmaqdadır.

Koronavirus

İnfeksionist həkim Yekaterina Stepanova bildirib ki, koronavirus bu yolla daşıyıcısının daha çox insanı yoluxdurmasını istəyir. “ Bir çox virusların çoxlu sayda alt tipləri var.Onlar virusun yaşaması naminə sahiblərini öldürmür, əksinə ətrafdakıların daha çox yoluxmasına səbəb olurlar.Hazırda Çində yayılan tip daha az aqressiv, İtaliya və İranda yayılan tip isə ölümcül sonlar verən tipdir. Bu bizim belə düşünməyimizə əsas verir.Ölümcül nəticə verən tip Çini çox tez tərk edib. İndi Avropada tüğyan edən də bu qorxunc virusdur.Ola bilər ki, İtaliyaya bu virus Çində ilk yayılan zaman gəlib çıxıb.

“Ümid edirik ki, Avropaya yayılmış aqressiv alt tip virus da mutasiyaya uğrayıb nəhayət zəifləyəcək”.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »