Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus dayanacaqlarındakı tualetlər virus yuvasıdır - Foto

Bakıdan rayonlara hərəkət edən avtobusların yolüstü dayandığı kafelərdə vəziyyət çox acınacaqlıdır. Elə bil ki, virus and içib, bu yerlərə gəlməyəcəyinə dair yazılı müqavilə ilə söz verib.

Kafelərdə, tualetlərdəki vəziyyət bunu deməyə əsas verir. Çünki nə əl-üz yumağa isti su var, nə antibakteriyal sabun. Tualetlərdəki anti-sanitar vəziyyəti isə ifadə etməyə adamın üzü gəlmir. Əvvəllər necə idi, indi də vəziyyət o cür bərbaddır. Buralar xəstəlik mənbəyidir. Çirkab dizə qədər çıxır. Elə pozitivə köklənib, ümidimi koronavirusa bağlamışam ki, bəlkə o bu çirkablığa bir əncam çəkməkdə səbəbkar ola.

Axı nə vaxtacan belə anti-sanitar vəziyyət davam edəcək? Açığı, əsas məyusluğum insanlardandır. Sürücülər, sərnişinlər belə yerləri baykot etməli idi. Lakin virusun dünyamızda tüğyan etdiyi bir vaxtda belə, bu vəziyyətə etinasız yanaşırıq. Əsas şikayətləri bu çirkablıq, xəstəlik yuvaları olmaq əvəzinə, Bakıya giriş - çıxışın məhdudlaşdırılması xəbəridir. Hava, damcı, təmas yolu ilə yayılan bu virusdan özümüzü və yaxınlarımızı qorumaq üçün təmizliyə, xüsusi rejimə ciddi riayət etməli olduğumuzu qəbullansaq yaxşı olar.

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »