Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ümumdünya Səhiyyə Təşkilatının bəyanatı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məsləhətçisi qismində Azərbaycana səfər etmiş professor Önder Ergönülün HaberTurk telekanalına müsahibəsi zamanı verdiyi açıqlama ilə bağlı bildiririk ki, orada verilən açıqlamalar onun şəxsi fikirləridir və ÜST-nin rəsmi mövqeyini əks etdirmir.

Bizimyol.info xəbər verir ki, ÜST-nin mandatı hər bir ölkədə, o cümlədən Azərbaycanda inkişaf üçün sahələri müəyyənləşdirmək, COVİD-19 təhlükəsinə qarşı cavab tədbirlərinin gücləndirilməsinə dəstək göstərməkdir. ÜST-nin Azərbaycandakı Ölkə Ofisi regional ofis və baş qərargahla sıx təmasda olmaqla hökümətlə kliniki idarəetmə, infeksiyaların qarşısının alınması və nəzarət, eləcə də risk kommunikasiyası kimi önəmli sahələrdə əməkdaşlıq edir.

Fürsətdən istifadə edərək, Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19-la bağlı milli və beynəlxalq səviyyədə göstərdiyi ciddi səylərə görə Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirir.

Paylaş »
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› Ulduz  falı: 06 dekabr, 2021-ci il – Qazanclı sövdələşmələr, yaxşı alışlar mümkündür
››› Ermənistan 10 hərbçisini geri alaraq mina xəritələrini verib
››› Partlayışın nüvə obyektləri ilə heç bir əlaqəsi yoxdur
››› Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb
Son xəbərlər
Bütün xəbərlər »