Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Havalar isinəndə koronavirus öləcəkmi... - Bizdə yay olanda digər yarımkürədə qış olacaq

Bu günlər hər kəsin ürəyində balaca da olsa bir ümid var. Yayın gəlişi ilə virus öləcək, ən azından indiki kimi təsirli olmayacaq. Lakin Afrika , Avstraliya, Ərəbistan kimi isti ölkələrdə də virusa yoluxma faktlarının qeydə alınması şübhələr yaradır. İnsanların bu sualının cavabını mütəxəssislər cavablandırır.

Bizimyol.info təqdim edir.

Türkiyəli professor Tefik Özlü hesab edir ki, virusun yayda məhv olması tam dəqiq deyil. SARS və MERS kimi viruslar yayda məhv oldu amma bunu korona barədə söyləmək hələ tezdir. Türkiyə Korona Bilim Kurulunun əməkdaşı professor Atəş Kara isə hesab edir ki, isti havaların gəlişi ilə virus tam ölməsə də təsir dairəsi azalacaq, zəifləyəcək.

“Koronavirus günəş işığının təsirinə məruz qalır. Açığı ümidlərimiz bu yöndədir.Günəş və isti tək faktor deyil. Nəm də önəmli amillərdəndir. İstilərin başlaması ilə virusun aktivləşməsi azala bilər.Tamamilə dura blər demirəm, amma bulaşıcılığı azalacaq. Bu virus SARS virusuna çox bənzəyir. Çox ümid edirik ki, isti havalarda o da SARS kimi xüsusiyyət sərgiləyəcək”,- deyə alim qeyd edib.

Kliniki Mikrobiologiya uzmanı doktor Umut Savaşçı da isti havaların virusu tam məhv edəcəyinə əminlik bildirmir. “Hər şey virusun davranışından asılıdır, biz də ona görə bir yol tutacağıq.Afrikada görünmə sayı şimal ölkələrindən az saydadır. Bizim ölkəmizə yay gələndə dünyanın digər yarımkürəsində qış olacaq.Buna görə faktların azalmama riski də var”,- deyə o,”Yeni Şafak” qəzetinə bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »