Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azərişıq” vətəndaşları onlayn qəbul edəcək

“Azərişıq” ASC tərəfindən vətəndaşlara göstərilən bütün növ xidmətlər onlayn şəkildə davam etdirilir.

Bu barədə Bizimyol.info-ya “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafyev bildirib.

Tanrıverdi Mustafayev Tanrıverdi Mustafayev

T.Mustafayevin sözlərinə görə, artıq bu gündən etibarən “Facebook” və “İnstagram” vasitəsilə canlı bağlantı, eləcə də Whatsapp üzərindən müraciətlərin qəbulu həyata keçirilir. Cari ayın 29-dək Səhmdar Cəmiyyət tərəfindən onlayn müraciətlərin qəbuluna daha çox üstünlük veriləcəkdir. Əsasən, yeni whatsapp nömrəmiz üzərindən “Azərişıq” ASC-nin göstərdiyi bütün xidmətlər barəsində məlumat ala bilərsiniz. Bununla yanaşı, sosial şəbəkələrdə daha operativ xidmət göstərmək üçün bayram günləri ilə əlaqədar olaraq rəsmi Facebook və İnstagram səhifələrində canlı bağlantı həyata keçiriləcək. Vətəndaşların hər hansı bir sualı yaranarsa, suallarını bizə sosial şəbəkələr vasitəsilə canlı bağlantı zamanı ünvanlaya bilərlər. Həmçinin, “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzlərində yalnız bir pəncərədə ən zəruri xidmətlər göstəriləcəkdir. Vətəndaşlarımız yaranmış suallarını və müraciətlərini təyin olunmuş “ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri ilə yanaşı “199” Çağrı Mərkəzi, Facebook, İnstagram, [email protected] və whatsapp nömrəmizə də yönləndirə bilərlər.

Whatsapp nömrəsi: +994772176762

Facebook səhifəsi: Azərişıq ASC

İnstagram səhifəsi: Azərişıq ASC

Sayt: https://www.azerishiq.az/

Ramid İbrahimov

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »