Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yaponiyada koronavirusu qəsdən yayan adam öldü

Yaponiyada koronavirus diaqnozu qoyulan şəxs ölüb.

“Kyodo” agentliyi xəbər verir ki, 57 yaşlı Qamaqori şəhər sakini xəstəxanada koronavirusdan həyatını itirib.

Martın əvvəlində koronavirus diaqnozu qoyulan həmin şəxs növbəti gün xəstəxanaya yerləşdirilə biləcəyi üçün həkimlər ondan birbaşa evə getməsini və özünü təcrid etməsini istəyiblər.

Bunun əvəzinə o, əvvəllər infeksiyaya yoluxmuş qohumlarına virusu başqalarına yaymaq istədiyini bildirərək, azı iki bara gedib.

Barlardan birində yapon koronavirusa yoluxduğunu deyəndən sonra işçilər polisə və səhiyyə işçilərinə xəbər veriblər.

Həmin vaxt barda olanlardan birində sonradan koronavirus aşkar edilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər.(oxu.az)

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »