Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Metronun fəaliyyətinin dayandırılması xəbərinə Metropolitendən açıqlama

“Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur”.

Ölkədə koronavirus təhlükəsi ilə əlaqədar ciddi məhdudlaşdırıcı tədbirlər həyata keçirilsə də, vətəndaşların ən çox istifadə etdikləri metroda sərnişinlərin sıxlığı müşahidə olunmaqdadır. Bu isə virus təhlükəsindən ehtiyatlanan insanlarda əlavə stress yaşadır.

O baxımdan, mümkün riskləri önləmək üçün məhdudlaşdırıcı tədbirlər çərçivəsində Metropolitenin fəaliyyətinin dayandırılması ehtimalı xeyli güclənib.

Bəxtiyar Məmmədov_(jurnalist) Bəxtiyar Məmmədov

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenicag.az-a açıqlamasında bu məsələyə münasibət bildirib.

Bəxtiyar Məmmədovun sözlərinə görə, Metropolitenin fəaliyyətinin dayandırılması hələ ki müzakirə olunmur:

“Metropolitendə dezinfeksiya və gündəlik profilaktik tədbirlər ciddi nəzarət altında həyata keçirilir. Tədris prosesində fasilə elan olunduğu üçün hazırda sərnişin sıxlığı müşahidə olunmur.

“Bakı Metropoliteni” QSC ilə Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah arasında müntəzəm və sıx şəkildə əlaqə qurmaqla, müvafiq məsləhətləşmə, müzakirə və fikir mübadiləsi aparılır, bütün lazımi məlumatlar təqdim olunur.

Qərargahın və aidiyyatı səlahiyyətli strukturların tapşırıq və tövsiyələrinə ciddi şəkildə əməl olunur”.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »