Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qubad İbadoğlu: Manatın devalvasiyası qaçılmazdır

Neftin qiyməti 28 dollaradək ucuzlaşıb və bunun nəticəsi olaraq devalvasiya qaçınılmaz olacaq.

Bu fikirləri Bizimyol.info-ya verdiyi açıqlamada iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.

Qubad İbadoğlu

Alimin fikrinə görə, son günlər neftin ucuzlaşması fonunda insanların banklara üz tutaraq əllərindəki pul vəsaitlərini dollara çevirməsi onlara müəyyən mənada qazanc versə də, banklardakı manat ehtiyatlarını geri çəkənlər ziyana uğrayacaqlar.

“Hazırda valyuta və depozit bazarlarında baş verənlər pul-kredit siyasətinə bütün parametlər üzrə mənfi təsir göstərir. Hələ ki, baş verənlərdən qazanan yoxdur, yeganə uduş odur ki, manatını dollara çevirənlər yığımlarının dəyərsizləşməsi riskindən sığortalana biliblər. Banklardakı manatla əmanətlərini geri çəkib bu əməliyyatı aparanların isə əksinə ziyanları yaranır. Çünki, belələri bundan sonra əvvəlki kimi əmanətlərə görə sabit və yüksək faiz gəlirlərinə malik olmayacaqlar”,- deyən alim bildirib ki, manatın məzənnəsini sabit saxlamaq üçün Dövlət Neft Fondunun bu il üçün satışını proqnozlaşdırdığı 6,8 milyard dollar bazarın tələbini ödəməyəcək. Mərkəzi Bankın, həm də Neft Fonunun aktivləri azalmağa başlayıb.

Hələ bundan sonra da ay ərzində Mərkəzi Bankın valyuta ehtiyatları hesabına bazara əlavə valyuta çıxarılmalıdır ki, manat ABŞ dollarına nəzərən hazırkı məzənnəsində sabit qalsın.

Eyni zamanda bu dəyişikliklərin bəzi bankların bağlanmasına da gətirib çıxaracaq.

Qubad İbadoğlu vurğulayıb ki, 30 il ərzində Azərbaycanın bazar iqtisadiyyatına keçidi başa çatdıra bilməməsi, özünütənzimləyən iqtisadi sistem qura bilməməsi səbəbi ilə xarici şoklara qarşı zəif qalmağııza səbəb olub, buna görə də manatın devalvasiyası qaçılmazdır və bu proses sadəcə bir neçə ay uzana bilər.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »