Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ekspert: Xəstəxanaların böyük əksəriyyəti özəl idarəetməyə verilməlidir

Koronavirusun dünya ölkələri arasında yayılması və inkişaf etmiş ölkələrdən olan İtaliyada daha ağır fəsadlar törətməsi gündəm mövzusu olmaqla yanaşı suallar da yaratmaqdadır? İqtisadçı Qaşqay İsmayıl

Bizimyol.info-ya verdiyi açıqlamada bildirib ki, hazırki koronavirus epidemiyasının bir çox dövlətlərin səhiyyə sisteminin, o cümlədən Azərbaycan səhiyyəsini hazırlıqsız yaxalanmasının səbəbi, təkcə epidemiyanın qəflətən və sürətlə yayılmasında deyil. Həm də səhiyyə sisteminin strukturundan və iş prinsilərindən çox şey asılıdır.

Qaşqay İsmayıl Qaşqay İsmayıl

“ Çinlə həmsərhəd olan Cənubi Koreya virusla ən effektiv mübarizə aparan ölkə olduğu halda, Avropanın mərkəzində yerləşən İtaliyada vəziyyət kritikdir Mütəxəssislər bunu Cənubi Koreya səhiyyəsinin azad bazar iqtisadiyyatı qanunlarının tətbiqi ilə özəl xəstəxanalar əsasında qurulması, İtaliyada isə hələ də dövlətin əksər xəstəxanalara nəzarət etməsi ilə izah edirlər. Təcrübə göstərir ki, dövlətin vəzifəsi xəstəxana, iqtisadiyyat, milli valyutanın kursunun müəyyən edilməsi, zavod-fabrik, nəqliyyat idarə etmək deyil, nəzarət və fəaliyyətlərin stimullaşdırılmasıdır. Hazırda Azərbaycan xəstəxanalarıyla bağlı sosial şəbəkələrdə yayılan materiallar da bu həqiqəti sübut edir. Dövlət yalnız öz vətəndaşlarını tibbi sığorta ilə təmin etməlidir, xəstəxanaların böyük əksəriyyəti isə özəl idarəetməyə verilməlidir. Vətəndaş hansı xəstəxanaya müraciət edəcəyinə özü qərar verdikdə və xəstəxanalar arasında rəqabət yarandıqda, səhiyyə sistemi effektiv olacaq və azad bazar qanunları hazırki xalat, maska, dərman çatışmazlığı problemini təbii şəkildə həll edəcək”,- deyə o bildirib.

İlhamə Rəsulova

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »