Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Cəlal İsayev: “Karantində qorxmalı heç nə yoxdur” - Video

Bir çox məşhurlar sosial şəbəkə hesablarında karantin altına düşməkdən qorxduqlarını dilə gətiriblər. Rusiyanın xəbər saytları isə davamlı olaraq virusa yoluxsa da, karantindən qaçmış şəxslər barədə məlumat verir, axtarış elan edir.

Azərbaycanda 400 nəfərdən çox karantina altına alınmış şəxsin evə buraxılması barədə rəsmi məlumatlar var. Sosial şəbəkə istifadəçiləri isə onları niyə heç kimin tanımaması barədə suallar verir, adların gizli saxlanmasından narahatlıq duyurlar. Bəs karantində insanların maddit tələbatları necə ödənilir? Məlum məsələdir ki, Çin bu virusla hələ ötən ilin noyabr ayından boğuşurdu, 2020-ci ilin dekabr ayından isə bütün dünyaya epidemiya barəsində xəbərdarlıq etdi. Koronavirus yayılmazdan öncə ölkəmizdə yayılmış kəskin respirator virus koronavirus ola bilərdimi? Məlum məslədir ki, o ərəfələrdə sərhədlər hələ bağlanmamışdı.

Baş infeksionist Cəlal İsayev Cəlal İsayev

Bizimyol.info bu suallarlarına Azərbaycanın baş infeksionisti Cəlal İsayev cavab verdi.

Onun sözlərinə görə karantində olan şəxslərə lazım olan hər şey (bura dəyişmək üçün alt geyimləri belə daxildir) dövlət tərəfindən verilir.

“Karantinə hər adamı da almırıq. Xəstəylə bir başa əlaqədə olmuş və xüsusən infeksiyanın geniş yayıldığı ölkələrdən gələn şəxslər karantin altındadırlar və onlara lazımi qulluq göstərilir. Adətən birinci müayinədən sonra evə buraxılırlar. Onlar haqqında xəstəxanalarda qeydiyyat aprılıb. O ki, qaldı bu qış ölkədə yayılmış kəskin respirator xəstəliyə, o hər il yayılan mövsümi qriplərdən idi”,- deyə o bildirib.

Xəstələrin hansı üsulla müalicə edilməsi barədə sualımızı cavablandıran Cəlal İsayev qeyd edib ki, xüsusi müayinə metodu yoxdur.

“ Qeyd etmək lazımdır ki, konkret simptomlar yoxdur. Demək olar ki, bütün xəstələr xəstələrin 60% -də qızdırma, ümumi zəiflik və quru öskürək hiss edirlər. Təxminən üçdə biri əzələ ağrısı və nəfəs darlığından şikayətlənir, baxmayaraq ki, bu simptomlar xəstəliyin başlanmasından sonra beşinci gündə görünür.

Ağır hallarda, qan oksigen doyma səviyyəsi 93% -dən aşağı düşərsə, terapiyaya adətən müqavimət göstərən infeksiyaların müalicəsində istifadə olunan nemoksasin və sintetik antibiotik linzolid əlavə olunur”.

Qeyd edək ki, dünən Masallıda karantində saxlanılan vətəndaşlara xəstəxana kollektivi adından bayram xonçaları təqdim olunub.

İlhamə

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Sahibsiz itlər təzə maşını parçalayıblar - Video
Son xəbərlər
Bütün xəbərlər »