Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Peşə məktəbləri üçün də teledərslər keçiriləcək

Peşə təhsil müəssisələrində təhsilalanlar üçün də teledərslər olacaq.

Bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, bu gündən teledərslərin çəkilişinə başlanır: "Bayramdan sonra həmin teledərslər yayıma başlayacaq".

Qeyd edək ki, koronavirus təhlükəsinin yayılmasının qarşısının alınması məqsədilə təhsil müəssisələrində dərslərin dayandırılmasından sonra martın 11-dən Azərbaycan dili bölməsi, martın 16-dan başlayaraq isə həftənin 5 günü saat 10-dan 16-dək Təhsil Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” kanalında “Dərs vaxtı” adlı teledərslərə start verilib. Proqramda teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olur.

Təhsil Nazirliyindən apa-ya verilən məlumata görə, teledərslərin məqsədi tətil günlərində şagirdlərin dərsdən geri qalmamasına yardım etməkdir.

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
Son xəbərlər
Bütün xəbərlər »