Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Yerevan apteklərində maska və spirt tapmadı

Ermənistanın baş naziri Nikol Paşinyan təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyanla paytaxt Yerevanın apteklərinə baş çəkməyə qərar verib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Məlumata görə, aptekə daxil olmasını sosial şəbəkədə birbaşa yayımlayan baş nazir bir sıra malların defisit olduğunu aşkarlayıb.

"Maska, spirt və alkoqol yoxdur", - aptekin işçisi Paşinyana və Arutunyana bildirib. İşçi malların neçə gündür olmaması barədə suala “İki gündür yoxdur” – cavabını verib.

"Bu pisdir. Maska problemi haqqında bilirik, amma alkoqol olmalıdır", - baş nazir fikirlərini yekunlaşdırıb.

Bundan sonra Paşinyan və Arutunyan başqa aptekə daxil olublar. Həmin aptekdə də spirt və alkoqol tapılmayıb.

Baş nazir həmçinin üçüncü aptekdə də həmin malların yoxluğunun şahidi olub.

Ötən gün Ermənistanda koronavirusa yoluxanların sayı 78 nəfərə çatıb.

Xatırladaq ki, Ermənistan hökuməti iki gün əvvəl COVID-19 yayılmasına görə ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edib. Xüsusi rejim aprelin 14-ə qədər qüvvədə olacaq.

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »