Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Neftin qiyməti 20 dollara düşə bilər

Neftin qiymətinin kəskin düşməsi dünyadakı iqtisadi böhranı dərinləşdirir. Bu dəqiqələrdə “Brent” markalı məhsulun bareli 28,8 dollara təklif olunur.

Bizimyol.info xəbər verir ki, neftin qiyməti 20 dollara düşə bilər. “Sberbank”ın rəhbəri German Qref bu haqda danışıb.

German Qref

O, proqnozların bu yöndə olduğunu bildirib. Qref eyni zamanda Rusiyada 1 dolların 100 rubla bərabər ola biləcəyini söyləyib.

“Sberbank”ın rəhbəri qiymətin kəskin düşməsinin ölkə iqtisadiyyatını sarsıdacağını deyib. Onun sözlərinə görə, rəhbərlik etdiyi bank istənilən halda səhmdarlarına divident verəcək.

Neftin qiyməti Rusiyanın Səudiyyə Ərəbistanı ilə razılaşmasının alınmamasından sonra düşməyə başladı. Bu proses rublun dəyər itirməsinə də gətirib çıxardı. İndi Rusiyada 1 dollar 75 rubldan yuxarı qiymətləndirilir.

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »