Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Roma şəhərindən Bakı şəhərinə çarter reysi ilə yola düşən Azərbaycan vətəndaşlarının nəzərinə! - Fotolar, Video

17 mart 2020 tarixində saat 20:00-da Romanın Flumçino hava limanından Bakının Hey8dər Əliyev Hava Limanına AHY 4231 nömrəli birbaşa çarter reysinin təşkili nəzərdə tutulur.

İtaliyada epidemioloji vəziyyətlə əlaqədar, İtaliyadan Azərbaycana qayıtmaq istəyi ilə səfirliyə müraciət etmiş Azərbaycan vətəndaşlarının saat 16:00-dan etibarən Fluminçino hava limanının 3-cü terminalında 326-327-328 saylı qeydiyyat masalarına yaxınlaşmaları, növbə gözləyərək öz aralarında 1 metrlik məsafə qoymaları xahiş olunur.

Zərurət yaranacağı təqdirdə vətəndaşlardan səfirliyin aşağıdakı nömrələri ilə əlaqə saxlamaq xahiş olunur.

Telefon: 06 85305 557

Qaynar xətt: 349 81 55 582

Son xəbərlər
Bütün xəbərlər »