Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropa ölkəsində virusa görə işini itirənlərə kompensasiya ödəniləcək

Estoniya hökuməti işini itirənlərə kömək etmək qərarına gəlib. Baltikyanı ölkədə virusa görə belə vəziyyətə düşənlərə kompensasiya ödəyəcəklər.

Bizimyol.info xəbər verir ki, Estoniyanın sosial işlər naziri Tanel Kiyk işini itirənlərə maddi yardım haqqında danışıb. Nazirin sözlərinə görə, onlara gəlirlərinin təxminən 70 faizi qədər pul veriləcək.

Hökumətin qərarında kimlərin kompensasiya alacağı dəqiq yazılıb. Söhbət daha çox dövlət büdcəsindən maliyyələşən təşkilatlardakı işini itirmiş şəxslərdən və virusun zərbə vurduğu sahibkarlıq istiqamətlərindən gedir. Kiyk deyib ki, hökumət hələlik 2-3 ay yardım etməyə hazırdır. Müddət uzadıla da bilər.

Estoniya hökuməti bir az əvvəl mayın 1-nə qədər fövqəladə vəziyyət elan etmişdi. Ölkədə 225 virus daşıyıcısı olduğu bildirilir.

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »