Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Azersun Holding”dən növbəti sosial layihə

Ölkə həyatının müxtəlif sahələrində böyük layihələr reallaşdıran “Azersun Holding” daha bir sosial layihə həyata keçirib.

Bütün dünyada pandemiya halını alan, Azərbaycanda da qeydə alınan koronavirus infeksiyasına (COVİD 19) qarşı dövlət tərəfindən həyata keçirilən mübarizə tədbirlərinə dəstək olaraq “Azersun Holding” risk qrupuna aid olan yaşlı və müxtəlif xəstəliklərdən əziyyət çəkən insanları evlərində ziyarət edib.

Masazır və ətraf ərazilərdə yaşayan vətəndaşlarımıza Şirkətlər Qrupu tərəfindən istehsal olunan məhsullardan ibarət bayram sovqatları hədiyyə edilib.

Layihə, bu kateqoriyadan olan insanların evlərindən kənara çıxmaması, bununla da virusa yoluxma riskinin azaldılması məqsədilə həyata keçirilib.

Qeyd edək ki, “Azersun Holding” nəzdində fəaliyyət göstərən bütün istehsal müəssisələri, satış, təminat komandası və Şirkətlər Qrupuna daxil pərakəndə satış şəbəkələri tam qüvvəsi ilə fəaliyyətini davam etdirir.

“Azersun Holding” bundan sonra da sosial layihələri davam etdirəcək.

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »